Binəqədi rayon icra Hakimiyyətinin akt zalında, Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sədrliyi ilə RiH başçısının yerlərdə keçirdiyi səyyar görüş və qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərinin icrasına nəzarətin gücləndirilməsi məqsədi ilə tədbir keçirilib.
Tədbirdə Binəqədi rayon Polis idarəsinin rəisi Namiq ismayılov, RiH başçısının birinci müavini ilqar Süleymanov, müavinləri Vüsar ismayılov, Aygün əliyeva, Aparatın şöbə müdirləri, RiH başçısının inzibati və sahə iəD üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Kommunal xidmət sahələrinin rəhbərləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Mənzil Kommunal istismar Sahələrinin rəisləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan RiH başçısı E.Allahverdiyev onun yerlərdə keçirdiyi səyyar görüş və qəbulları hər ay təsdiq olunmuş qrafikə müvafiq keçirildiyini və bu görüşlərdə rayonun Hüquq mühafizə orqanlarının rəhbərlərinin, rayonda fəaliyyət göstərən dövlət idarələrinin və kommunal xidmət sahələrinin rəhbərlərinin iştirak etdiyini bildirib.
Bu görüşlərdə verilən tapşırıqların RiH başçısı tərəfindən müəyyən edilən vaxt ərzində həllinə xüsusi diqqətin ayrıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq səyyar görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan müraciətlərin icrasının Prezident Administrasiyası tərəfindən ciddi nəzarətə götürüldüyünü bildirib.
RiH başçısı E.Allahverdiyev iclasa yekun vuraraq rayon ərazisində tikintilərin Azərbaycan Respublikasının şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun aparılması, məişət tullantılarının vaxtlı-vaxtında təmizlənməsi, qanunsuz küçə ticarətinin aradan qaldırılması və s. məsələlərin icrasının daimi nəzarətdə saxlanması barədə aidiyyəti məsul şəxslərə tapşırıqlarını verdi.
Belediyye.info
|
|
|
|
|
|